“İlahi, məni natəmizlik və iyrənc şeylərdən pak et!” 

saytların hazırlanması

Evə çatdırılma

“İlahi, məni natəmizlik və iyrənc şeylərdən pak et!” 

Din

17 May 2019 20:01 1607


Sabah Ramazan ayının 13-cü günüdür.

“Yeni Sabah” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 18-də Bakıda imsak saat 03:39, iftar isə saat 20:08-dədir.

Ramazan ayının 13-cü gününün duası: Sezar pizza

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:

"İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!"

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!