İlahiyyat İnstitutuna  yeni bina veriləcək

saytların hazırlanması

Evə çatdırılma

İlahiyyat İnstitutuna yeni bina veriləcək

Din

13 İyun 2019 15:53 1384


 

İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina veriləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Pepperoni pizza

Komitə səsri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib:

“Hazırda həmin binada təmir işləri aparılır. İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı əlavə edib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:

“Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər ikisi eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!