İlahiyyatçı Mübariz Qurbanlıdan ölkə rəhbərliyinə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

İlahiyyatçı Mübariz Qurbanlıdan ölkə rəhbərliyinə şikayət etdi

Din

25 Yanvar 2019 18:13 2044


İlahiyyatçı Elşad Miri bir ilə yaxındır davam etməsinə baxmayaraq “İslamda yoxdur...” adlı kitabına qadağa ilə bağlı prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində öz hüquqlarının həllini tapmaq istədiyini bildirib: “İntellektual ziyalı bir məmur olan Dini Komitənin sədri özü ordakı bir neçə ilahiyyatçı məmurun sanki əsirinə çevrilib. Çünki dini bilməyən Komitə sədri dini bildiyinə güvəndiyi etibar etdiyi balaca ranqlı məmurları müdafiə etmək məcburiyyətində qalır. Sədr özü də kitabda yazılanlara haqq qazandırdığı halda təəssüflər olsun ki, Komitənin balaca bir məmurunun 215 səhifəlik kitaba yazdığı yarım səhifəlik rəyinin girovuna çevrilir. Əfsuslar olsun ki, ziyalı bir sədr balaca bir məmurun özbaşınalığının bu həddə gəlməsinə imkan verib və verir.

Bu haqsızlığını qarşısını alın. Bilirəm ki, sizin buna gücünüz çatar. Bu biabırçılığın ölkə xaricinə çıxmasına imkan verməyin. Beynəlxalq hesabatlarda Azərbaycanımızın adının kitab qadağan edən bir ölkə kimi düşməsinə imkan verməyin”. pizza hut

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!