İlahiyyatçı prezidentə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

İlahiyyatçı prezidentə müraciət etdi

Din

11 Fevral 2019 15:52 1920


İlahiyyatçı Elşad Miri “İslamda yoxdur...” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. 

“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində kitabının əsassız olaraq qadağan edilməsindən, məzhəbpərəst ekspertin verdiyi qərəzli rəyindən bəhs edib. E. Miri kitabında 7 mövzunun əks olunduğunu bunların hər birinin insanları mövhumatdan, xurafatdan aydınlığa dəvət etdiyini vurğulayıb. 

E. Miri kitabında İslamda ölüyə Quran oxumağın, azyaşlı qızların ərə verilməsinin, müvəqqəti nikah kimi təqdim olunan siğənin, sehrin, cadunun, kişilərə veriləcəyi iddia edilən huri anlayışının, seyyidlərin və peyğəmbərlərin günahsızlığının olmadığını Qurana əsaslanaraq yazdığını bildirdiyi kitabının yasaqlanmasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aygün Abdullayevanın haqq qazandırdığını və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin həmin ədalətsizliyi qüvvədə saxladıqlarını bildirib. pizza hut

O, prezidentdən problemin həlli üçün komitəyə tapşırıq verməsini xahiş edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!