İlahiyyatçıdan mollalarla bağlı   QALMAQALLI SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

İlahiyyatçıdan mollalarla bağlı QALMAQALLI SÖZLƏR

Din

11 Yanvar 2025 13:34 1854


Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Elgiz Əkbər verilişində qadınların mollalıqla məşğul olmasını tənqid edib. O, bunu qəbulolunmaz hesab edib və bu işin kişilərə həvalə olunmasının daha doğru olduğunu müdafiə edib. Həmin fikirlər isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Maraqlıdır, İslam dinində bu məsələyə baxış necədir?

  Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı sualları cavablandırarkən vacib məqamları önə çıxarıb: Toyuqlu pizza

“Ümumiyyətlə, İslam dinində nə qadın, nə də kişi üçün mollalıq etmək anlayışı yoxdur. Qurani-Kərimdə də mollalıq anlayışı yoxdur. Tam əksinə olaraq, “Yasin” surəsinin 70-ci ayəsinə baxdıqda Quranın ölülər üçün yox, dirilər üçün olduğunun şahidi oluruq. Yenə həmin surənin 21-ci ayəsində “sizdən heç bir mənfəət gözləməyənlərə tabe olun” deyə bir cümlənin yazıldığını da görə bilərik”.

E.Miri mollalıq edənləri tənqib edib:

“Bugünkü mollalar yas mərasimlərinə mənfəət üçün gəlir. Kiminsə göz-qaşına vurulduğu üçün yaxud yas sahibinə görə gəlmir. Elə kəslər yas mərasimini fürsət bilir, bu, onun üçün iş imkanıdır. Oradan müəyyən vəsait alır, yeyir, içir, pul qazanır”.

O,  İslam və digər dinlərin peyğəmbərlərindən nümunələr də söyləyib:

“Məsələnin digər tərəfi də var. Peyğəmbərimiz sağlığında hər hansı adam üçün mollalıqmı edib? Yaxud İsa, Musa peyğəmbərlər mollalıq ediblər? Quranda bəhs olunan Süleyman Davud peyğəmbər kral olublar. Onlar mollalıqmı edib? Təbii ki, xeyr”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sakit
    İlahiyyatçı Elşad Mirinin bu mövzu ilə bağlı fikirləri İslam dininin əsas mənbələrinə və prinsiplərinə əsaslanır. Qadınların mollalıqla məşğul olması və ya ümumiyyətlə mollalıq anlayışı ilə bağlı aşağıdakı məqamları qeyd etmək mümkündür: 1. Mollalıq anlayışı İslamda yoxdur İslam dininin əsas mənbələri – Qurani-Kərim və hədislər – mollalıq institutunu bir peşə və ya xüsusi status kimi tanımır. İslam hər kəsin dini elmləri öyrənməyə və bu bilikləri digərləri ilə paylaşmağa haqqı olduğunu bildirir. Bu baxımdan, İslamda “kişilər bu işi edə bilər, qadınlar edə bilməz kimi anlayış yoxdur. Qurani-Kərimdə elm öyrənmək və bilikləri başqaları ilə paylaşmaq hər bir müsəlmanın (qadın və kişi) borcu kimi vurğulanır. Hətta İslam tarixində böyük alim qadınlar olmuşdur. Məsələn, Peyğəmbərin (s.ə.s) xanımı Aişə anamız çoxlu sayda hədis rəvayət etmiş və böyük alim kimi tanınmışdır. Ona görə də qadınların dini təbliğat və maarifləndirmə işləri ilə məşğul olması heç bir dini əsasla məhdudlaşdırılmır. Elşad Mirinin mollalıq edən şəxslərin maddi qazanc məqsədi ilə bu işə yanaşması haqqında tənqidi, İslamda ixlas və təvazökarlığın vacib olması prinsiplərinə əsaslanır. İslamda ibadət və dini xidmətlərin səmimi niyyətlə edilməli olduğu vurğulanır. İslam dini, əsasən, insanları düzgün yol göstərməyə, mənəvi dəyərləri yaşamağa və paylaşmağa çağırır. Peyğəmbərlərin və din alimlərinin əsas işi də insanları Allahın yoluna çağırmaq olmuşdur, maddi mənfəət əldə etmək deyil. Bu səbəbdən, yas mərasimlərində İslamı düzgün təbliğ etmək, mərhumun ruhuna dua etmək, lakin bunu səmimiyyətlə etmək əsasdır. Mollalıqla bağlı gender müzakirələri daha çox mədəniyyət və adət-ənənələrlə bağlıdır. Bu cür məsələləri İslamın təməl dəyərləri ilə qarışdırmamaq vacibdir. İslamda kişi ilə qadın arasında bu baxımdan ayrı-seçkilik yoxdur. Əsas məsələ ixlas və doğru niyyətdir. Qadınların mollalıqla məşğul olmasını qadağan etmək İslamın prinsiplərinə uyğun deyil. Həm kişi, həm də qadın dini biliklərə yiyələnib bunları başqaları ilə paylaşa bilər. Mollalığın peşə və ya gəlir mənbəyi kimi görülməsi isə dinin ruhuna uyğun deyil və bu sahədə islahatlara ehtiyac olduğu müzakirə edilə bilər.
    1 year ago