“İlan zəhərlənmələri ilə bağlı müraciət edənlər hələ ki azdır. Aprel ayında cəmi 6 nəfər olub, onlardan ikisi uşaq idi. Mayın əvvəlindən isə bununla əlaqəli cəmi 5 xəstə qəbul edilib”.
Bunu “Yeni Sabah”a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, buna baxmayaraq havalar isinsə, ilan zəhərlənmələri ilə bağlı müraciətlərin sayının artacağı gözlənilir.
Baş toksikoloq həmçinin ilandan zəhərlənmə halları olduqda ilkin olaraq hansı tədbirlərin görülə biləcəyindən də söz açıb: Dominos pizza
“Dişlənən aşağı, yuxarı ətrafları gərək hərəkətsiz vəziyyətə gətirəsən. Çünki hərəkət olan zaman zəhər daha tez yayılır. Həmçinin dişlənmiş yaranı yod məhlulu ilə təmizləmək olar. Və tez bir vaxtda şəxsi yaxın tibbi müəssisəyə çatdırmaq və ya təcili yardım çağırmaq lazımdır ki, müayinədən sonra həmin şəxsə zərdab vurula bilsin. Amma həkimə getməmişdən öncə qeyd etdiyim kimi şəxs hərəkətsiz vəziyyətdə qalmalıdır.
Eyni zamanda zəhərlənən adam maye qəbul etməlidir. Bədən maye itirdikdə qan təzyiqi düşür. Bu baxımdan içkini profilaktik tədbir kimi qəbul etmək mümkündür”.
Günay Rəsulqızı
Telegram kanalımız