“İlandağ” geoparkının əraziləri müəyyənləşdirilib

saytların hazırlanması

Evə çatdırılma

“İlandağ” geoparkının əraziləri müəyyənləşdirilib

Turizm

17 Dekabr 2020 15:59 1430


Naxçıvan Muxtar Respublikasında YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması layihəsinin ümumi ərazi xəritəsi hazırlanıb.

Yenisabah.az xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilib. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!