Türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvlük vəsiqəsi təqdim edilib.
"Yeni Sabah" xəbər verir ki, vəsiqəni görkəmli tarixçiyə AYB sədri Anar təqdim edib.
İlbər Ortaylı AYB-ni ziyarət edib. Xalq yazıçısı Anarla görüşən tarixçi ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb. pizza hut
Anar professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluq hissi keçirdiyini ifadə edib və qonaqlara Yazıçılar Birliyinin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Görüşdə türkiyəli qonaqlarla yanaşı, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral, TUİB başqanı Hüseyin Büyükfırat da iştirkak edib.
Telegram kanalımız