İlbər Ortaylı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

İlbər Ortaylı vəfat etdi

Hadisə

13 Mart 2026 16:49 1470


Türkiyənin tanınmış tarixçisi, professor İlbər Ortaylı vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, martın 13-də müalicə aldığı xəstəxanada 78 yaşında dünyasını dəyişib.

Böyrək çatışmazlığından əziyyət çəkən İ.Ortaylı bir həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gecə süni nəfər aparatına qoşulmuşdu. pizza mizza

Qeyd edək ki, İlbər Ortaylı 1947-ci il mayın 21-də Avstriyanın Bregenz şəhərində Krım tatarı mənşəli mühacir ailəsində anadan olub. Anası Şəfiqə xanım Ankara Universitetində rus dili və ədəbiyyatı müəllimi, atası Kamal Ortaylı isə mühəndis və tərcüməçi olub. İki yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçən Ortaylı, ibtidai və orta təhsilini İstanbul Avstriya Liseyində tamamlayıb, 1965-ci ildə Ankara Atatürk Liseyindən məzun olub.

Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsində bitirib. O, burada görkəmli tarixçilər Şərif Mardin və Xəlil İnalcıqın tələbəsi olub. Daha sonra Viana Universitetində Slavistika və Şərqşünaslıq üzrə təhsil alıb, Çikaqo Universitetində isə professor Xəlil İnalcıqın rəhbərliyi ilə magistr dərəcəsinə yiyələnib. 1974-cü ildə Ankara Universitetinin Siyasi Bilgilər Fakültəsində "Tənzimatdan sonrakı məhəlli idarələr" mövzusunda doktorluq işini müdafiə edib. 1979-cu ildə "Osmanlı İmperiyasında Alman Nüfuzu" adlı çalışması ilə dosent, 1989-cu ildə isə professor elmi adını alıb.

Akademik fəaliyyəti dövründə Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Münxen, Strasburq, Yanya, Sofiya, Kil, Kembric, Oksford və Tunis universitetlərində qonaq müəllim kimi mühazirələr oxuyub. Türk, osmanlı, alman, fransız, italyan, rus, latın, yunan, ərəb və fars dillərini bilməsi ona beynəlxalq miqyasda ilkin mənbələrlə işləmək imkanı qazandırıb. O, Osmanlı inzibati və sosial tarixi, Avropa diplomatiyası və şəhər mədəniyyəti üzrə ixtisaslaşıb.

2005-ci ildə Topqapı Sarayı Muzeyinin direktoru təyin edilib və 2012-ci ildə təqaüdə çıxana qədər bu vəzifəni icra edib. Muzeydəki fəaliyyəti dövründə bir çox tarixi artefaktın bərpası və beynəlxalq sərgilərin təşkili ilə məşğul olub. O, həmçinin Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin idarə heyətinin üzvü və Avropa İranşünaslıq Cəmiyyətinin üzvü idi.

İlbər Ortaylı elmi fəaliyyəti ilə yanaşı, televiziya proqramları və qəzet məqalələri vasitəsilə tarixin kütləviləşməsinə böyük töhfə verib. "İmparatorluğun En Uzun Yüzyılı", "Osmanlıyı Yeniden Keşfetmek", "Bir Ömür Nasıl Yaşanır?" kimi otuzdan çox kitabın müəllifidir. 2017-ci ildə Türkiyə Respublikası Prezidentinin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülüb. Son olaraq, Qalatasaray Universiteti və MEF Universitetində fəaliyyət göstərirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!