İlber Ortaylının səhhətində ciddi problemlər yaranıb

saytların hazırlanması

Evə çatdırılma

İlber Ortaylının səhhətində ciddi problemlər yaranıb

Mədəniyyət

11 Oktyabr 2025 13:39 490


Türkiyənin məşhur tarixçisi, professor İlber Ortaylının səhhətində ciddi problemlər yaranıb.  

“Yeni sabah” xəbər verir ki, o, xəstəliyinin əvvəlkilərdən fərqli olaraq daha ağır keçirdiyini bildirib.

“Etiraf etməliyəm ki, bu dəfəki narahatlığım əvvəlkilərə bənzəməyəcək qədər ağır keçir”, - 78 yaşlı alim söyləyib. Sezar pizza

O, səhhətindəki problemlərə görə Haliç Konqres Mərkəzində, İzmir Dokuz Eylül Universitetində və Şəhər Xəstəxanasında keçirilən tədbirlərdə iştirak edə bilmədiyini vurğulayıb:

“Təəssüf ki, həkimlərimin tövsiyəsinə əsasən bu həftə sonu keçiriləcək Kocaeli Kitab Sərgisindəki görüşümüzü də ləğv etməli oldum. Hazırda uzun səfərlərə çıxacaq və sizin qarşınıza keçəcək gücüm yoxdur. Bundan əlavə, müəyyən müddət təcrid şəraitində yaşamalıyam”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!