“İlham bəy o yeri mənə verdi” - Ərdoğan Səmərqənddəki fotodan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“İlham bəy o yeri mənə verdi” - Ərdoğan Səmərqənddəki fotodan danışdı

Siyasət

17 Sentyabr 2022 22:15 4348


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən foto haqda açıqlama verib.

Yenisabah.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ərdoğan “yaxşı xatirə” idi deyib.

Jurnalistin: “Sammitdə bir fotoşəkil çıxdı. Türkiyə bu fotodan danışır. Şəkildən gördüyümüz qədərilə siz nəsə deyirsiniz, digər liderlər isə sizi dinləyir. Sanki birdən onların hamısına müraciət edirsiniz. Bu an necə yarandı? Siz o an nə danışırdınız?” sualına Ərdoğan belə cavab verib: “İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi. Əksəriyyəti rus dilini bildiyi üçün tərcüməçi bizim danışdıqlarımızı rus dilinə tərcümə edirdi. Təbii ki, onların hamısı bizim ordakı söhbətimizdən çox həzz aldılar. Yaxşı xatirə idi”. pizza mizza

Sonra jurnalist bu fotoyla bağlı “Masa belə qurulur” və “Digər masada əyləşənlər dağılışa bilərlər” kimi, fikirlər səsləndirildiyini bildirib.

Ərdoğan bu fikirlərə “Amma bilirsiniz, bizimki altı nəfərlik masa deyil” cavabını verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!