İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul etdi

Siyasət

05 Noyabr 2021 19:26 655


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirildi, enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulandı.

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!