İlham Əliyev Andrey Klimovu qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Andrey Klimovu qəbul etdi

Siyasət

21 Noyabr 2022 14:00 696


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.

Yenisabah.az xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib. Dominos pizza

Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!