İlham Əliyev Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqlədi

Siyasət

26 Noyabr 2022 17:50 1072


Azərbaycan Prezidenti İlham Əliyev “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, qanuna əsasən, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalları təsis olunub.

Dövlət başçısı, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medal haqqında Əsasnamə”ni də təsdiq edib. pizza hut

Eyni zamanda, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiqlənib.

Bundan başqa, “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiqlənib.

Prezident “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri”ni də təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!