İlham Əliyev Bassiru Diomaye Fayeyə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Bassiru Diomaye Fayeyə məktub göndərdi

Siyasət

04 Aprel 2026 11:25 471


Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə məktub göndərib.

“Yeni Sabah” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, pizza sifarişi

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!