İlham Əliyev Belçikada açılış etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Belçikada açılış etdi

Dünya

14 May 2019 17:29 1215


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir. Pepperoni pizza

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. 

Qeyd edək ki, İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!