İlham Əliyev Berlində kimlərlə görüşəcək - Səfər gündəliyi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Berlində kimlərlə görüşəcək - Səfər gündəliyi

Siyasət

14 Mart 2023 09:55 672


Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Almaniyaya səfərə gedib. Dövlət başçısı səfərin ilk günündə Berlində almaniyalı iş adamları ilə görüş keçirib. Səfər proqramına əsasən bu gün rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Yenisabah.az xəbər verir ki, Almaniya hökuməti səfərlə bağlı rəsmi məlumat yayıb. 

Bildirilir ki, bu gün Prezident İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Görüş zamanı ikitərəfli əlaqələr, iqtisadi və enerji siyasəti, o cümlədən beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.  Toyuqlu pizza

Məlumata görə, Berlin vaxtı ilə saat 14:00-da birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır. 

Almaniya Prezidentinin saytında isə qeyd olunub ki, bu gün saat 10:30-da Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmerlə görüş keçirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!