İlham Əliyev britaniyalı deputatı qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev britaniyalı deputatı qəbul edib

Siyasət

10 Noyabr 2021 11:48 487


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulandı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edildi. Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!