İlham Əliyev Britaniyanın yeni kralını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Britaniyanın yeni kralını təbrik etdi

Siyasət

12 Sentyabr 2022 18:07 755


Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb. 

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. pizza

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!