İlham Əliyev bu gün MDB-nin sammitində iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev bu gün MDB-nin sammitində iştirak edəcək

Siyasət

28 Dekabr 2021 10:01 545


Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.

“Sputnik Ermənistan”ın məlumatına görə, ölkənin Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin də sırasında olduğu MDB liderləri ilə danışıqlar aparacaq. Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmır. pizza

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!