İlham Əliyev: Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev: Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir

İdman

13 Noyabr 2025 17:40 736


Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib:

"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir". Dördpendirli pizza

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-ci turnirinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli futbol komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!