İlham Əliyev Ərdoğana zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Ərdoğana zəng etdi

Siyasət

05 Fevral 2022 20:40 870


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib. Dominos pizza

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!