Prezident Komissiyaların tərkibini yenidən formalaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Komissiyaların tərkibini yenidən formalaşdırdı

Siyasət

02 Sentyabr 2019 16:47 3537


Prezident İlham Əliyev bir sıra komitə və komissiyaların tərkibində dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmana edilən dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı kimi formalaşıb:

Komissiyanın sədri pizza

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” fərmana edilən dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana da dəyişiklik edilib. Dövlət Komissiyasının tərkibi aşağıdakı kimi formalaşıb: 

Komissiyanın sədri pizza

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının daxili işlər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamın 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilib.

“2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamda 1-ci hissədə “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!