Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.
Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar. Pepperoni pizza
Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edildi.
Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verildi.
Telegram kanalımız