İlham Əliyev Gürcüstan Prezidentinə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Gürcüstan Prezidentinə məktub göndərdi

Siyasət

25 May 2022 16:01 940


Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Sezar pizza

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır – biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə töhfə verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!