İlham Əliyev güzəştli mənzil sistemində dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev güzəştli mənzil sistemində dəyişiklik etdi

İqtisadiyyat

07 May 2019 16:56 1526


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.5-1-ci (hər iki halda) və 6.4-cü bəndlərində “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilib.

“Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də isə aşağıdakı dəyişikliklər edilib: pizza sifarişi

- 2.1.2-ci yarımbəndə “nəzərdə tutulan” sözlərindən sonra “elektron kabinet verilmiş şəxslər və” sözləri əlavə edilsin;

6.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.1.13. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

- 6.1.14-cü yarımbəndə “mənzili” sözündən sonra “, Qaydanın 5.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

- 6.1.15-ci yarımbənddə “müraciətedənin” sözü “istifadəçinin” sözü ilə əvəz edilsin;

- 6.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

-  8.0.1-ci yarımbənd üzrə:

2.6.1. 1-ci abzasda “kabinet yaratmaq” sözü “kabinetdən istifadə etmək” sözləri ilə əvəz edilsin;

2.6.2. 3-cü abzasda “4.3.1–4.3.9-cu” sözləri “4.3.1–4.3.10-cu” sözləri ilə əvəz edilsin;

2.6.3. 6-cı abzas aşağıdakı redaksiyada verilsin:

“6. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

2.7. 8.0.2-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

“1. Qaydada nəzərdə tutulan bildirişləri istifadəçinin elektron kabinetində yerləşdirmək;”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!