İlham Əliyev hərbi xidmətlə bağlı dəyişiklikləri təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev hərbi xidmətlə bağlı dəyişiklikləri təsdiqlədi

Rəsmi

24 Dekabr 2024 17:07 13816


Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Qanuna əsasən, həmin şəxslər hər dəfə 2 ayadək müddətə 10 dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq, hərbi təlim toplanışlarına çağırılacaqlar. Marqarita pizza

Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.

Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...rusiyaya nota niye verilmir?!...
    1 year ago