İlham Əliyev Latviya prezidentinə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Latviya prezidentinə məktub göndərdi

Siyasət

18 Noyabr 2022 11:00 516


Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, pizza sifarişi

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!