İlham Əliyev Makronla danışdı - Fransa prezidenti Paşinyanla görüş haqda məlumat verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Makronla danışdı - Fransa prezidenti Paşinyanla görüş haqda məlumat verdi

Siyasət

27 Sentyabr 2022 21:35 1727


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Toyuqlu pizza

Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.

Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!