İlham Əliyev Malayziya dövlət başçısını təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Malayziya dövlət başçısını təbrik edib

Siyasət

04 Fevral 2019 19:38 1001


Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, Malayziyanın XVI Ali Başçısı seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!