İlham Əliyev Moldova parlamentinin sədri ilə görüşdü   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Moldova parlamentinin sədri ilə görüşdü - Yenilənib

Siyasət

24 Fevral 2022 10:47 473


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Moldova parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlərin keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı onun işğaldan azad edilmiş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılarla, eyni zamanda, azad edilən ərazilərdə Azərbaycan tərəfindən qısa müddətdə görülən quruculuq işləri ilə yerində tanış olduğunu bildirdi. Dövlətimizin başçısı ötən ilin dekabrında Brüsseldə Moldova Prezidenti ilə görüşünü və bu yaxınlarda Moldovanın xarici işlər nazirinin Azərbaycana səfərini qeyd edərək əlaqələrimizin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğuladı. Bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi. Toyuqlu pizza

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər çərçivəsində Milli Məclisin sədri və digər rəsmi şəxslərlə səmərəli və məhsuldar görüşlər keçirdiyini bildirdi. Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiklərini qeyd etdi. İqor Qrosu işğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirdi. Moldova parlamentinin sədri ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparıldı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!