İlham Əliyev Moldovaya dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Moldovaya dəvət olundu

Siyasət

10 Oktyabr 2022 13:59 688


Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfərə dəvət edilib. 

"Report"un xəbərinə görə, bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirilib.

Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib: Toyuqlu pizza

"Cənab Prezident, Zati-aliləri, Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!