”Prezident İlham Əliyev Maqsud Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilib.
M.Məmmədov baletmeyster və rəqs quruluşçusudur. Xalq artisti Rəfiqə Axundova ilə evli olan M.Məmmədov 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1970-ci il mayın 21-də xalq artisti fəxri adlarına layiq görülüb. pizza hut
Telegram kanalımız