İlham Əliyev Pakistana səfərə dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Pakistana səfərə dəvət olundu

Siyasət

12 Oktyabr 2022 19:25 1048


Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfərə dəvət olunub.

Yenisabah.az xəbər verir ki, bu fikir Pakistanın Baş naziri Şahbaz Şərifin oktyabrın 12-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirilib.

Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib. pizza

Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.

Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!