İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi

İqtisadiyyat

02 İyun 2025 13:04 392


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliki qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi.

Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulandı. Dördpendirli pizza

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə toxunularaq, enerji sahəsində qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi baxımından bu mühüm tədbirlərin rolu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında enerji, həmçinin bərpaolunan enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair müzakirələr aparıldı.

Qonaq Azərbaycan şirkətlərini Pakistanın enerji sektorunun imkanları ilə tanış olmağa dəvət etdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!