“İlham Əliyev Paşinyan siyasi cəhətdən yetkin olmadığına görə Laçın dəhlizi məsələsini gündəmə gətirdi”

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyev Paşinyan siyasi cəhətdən yetkin olmadığına görə Laçın dəhlizi məsələsini gündəmə gətirdi”

Siyasət

16 Dekabr 2021 21:35 12448


“Ermənistanın Azərbaycan ərazisində anklavı yoxdur. Naxçıvan isə Azərbaycanın sərhədi olmayan anklavıdır. Yəni, belə olan halda Laçın dəhlizi ilə Zəngəzur dəhlizi müqayisə edilə bilməz. Qarabağda yaşayanlar Ermənistanla əlaqə saxlamaq üçün Laçın koridorundan istifadə edirlər. Azərbaycan da həmin koridoru Rusiya sülhməramlılarının nəzarətinə verib. Zəngəzur dəhlizi də açılarsa, orada da Rusiya sülhməramlı qüvvələri təhlükəsizliyi təmin edəcəklər. Yəni, hər iki halda nəzarəti Rusiya həyata keçirəcək. Biz Laçın dəhlizində sərhəd bariyeri qoymadığımız kimi Ermənistan da Zəngəzur dəhlizinə nəzarət edə bilməz”.

 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib. pizza hut

Politoloq bildirib ki, Ermənistan gələcəkdə Zəngəzurla bağlı belə addım atmaq qərarına gələrsə, Azərbaycan məsələni gündəmə gətirəcək: “Laçın dəhlizi bağlandıqdan sonra Qarabağda yalnız Azərbaycan vətəndaşları yaşaya biləcəklər. Başqalarının orada yaşaması üçün mütləq şəkildə viza rejimi tətbiq edilməlidir. Azərbaycan isə Zəngəzur dəhlizindən tranzit kimi istifadə edəcək. Həmin dəhliz tranzit vasitəsi olduğu müddətdə bu məsələlərin gündəmə gətirilməsi düzgün deyil. Ümumiyyətlə, bu iki dəhlizin müqayisə edilməsi doğru yanaşma deyil. Azərbaycan Prezidenti Ermənistanın baş naziri siyasi cəhətdən yetkin olmadığına görə elə bir məsələni gündəmə gətirdi. Yəni, Prezdent İlham Əliyev Azərbaycanın alternativini gündəmə gətirib. Ona görə də tranzit rolu oynayan dəhliz üçün Ermənistan nəsə tələb etməz, onun heç belə tələb etmək ixtiyarı da yoxdur. Belə olan halda, Ermənistan ölkəyə yüklərin haradan keçəcəyini fikirləşsin. Bu məsələlər ikitərəfli razılaşmalar əsasında hüquqi müstəvidə həll edilməlidir”./Pravda.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!