İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını açıqladı:   Cəmi 30 min...

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını açıqladı: Cəmi 30 min...

Siyasət

20 May 2021 20:17 3146


“Düşünürəm ki, Ermənistandakı parlament seçkilərini gözləmək lazımdır. Biz başa düşürük ki, Ermənistandakı bu period həssasdır”. 

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib. 

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasından danışırsa, bu, onu danışan şəxsə populyarlıq qazandırmayacaq.  Toyuqlu pizza

“Ölkə lideri dövləti düşünməlidir, özünün siyasi karyerasını düşünməməlidir”, - deyə İlham Əliyev əlavə edib. 

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır. 

“Eyni zamanda Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Siz bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Qarabağın statusu isə müzakirə mövzusu ola bilməz”. 

Dövlət başçısı qeyd edib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!