İlham Əliyev Qarabağın bərpasında iştiraka görə Şavkat Mirziyoyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Qarabağın bərpasında iştiraka görə Şavkat Mirziyoyevə təşəkkür etdi

Siyasət

01 Mart 2023 22:13 702


“Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə, göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə deyib.

Qarabağın bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirən dövlətimizin başçısı qeyd edib ki, bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. “Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!