İlham Əliyev Qazaxıstanın yeni prezidentinə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Qazaxıstanın yeni prezidentinə zəng etdi

Dünya

20 Mart 2019 20:30 1043


Azərbaycan prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib. 

“Yeni Sabah” xəbər verir ki, İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Toyuqlu pizza

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!