İlham Əliyev Silvio Berluskoninin vəfatı ilə əlaqədar İtaliya prezidentinə başsağlı verdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Silvio Berluskoninin vəfatı ilə əlaqədar İtaliya prezidentinə başsağlı verdi

Siyasət

13 İyun 2023 20:22 563


Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Toyuqlu pizza

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!