İlham Əliyev şimali makedoniyalı həmkarını təbrik edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev şimali makedoniyalı həmkarını təbrik edib

Siyasət

07 Sentyabr 2019 13:37 832


Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Marqarita pizza

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!