İlham Əliyev Ukrayna prezidentinə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Ukrayna prezidentinə zəng etdi

Siyasət

25 Yanvar 2022 16:28 891


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. pizza

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!