İlham Əliyev və Ərdoğan Qazaxıstandakı vəziyyəti müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Ərdoğan Qazaxıstandakı vəziyyəti müzakirə etdilər

Siyasət

06 Yanvar 2022 20:15 1029


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərilə telefon vasitəsilə əlaqə saxlayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.

Danışıq zamanı əsas müzakirə Qazaxıstanda baş verən son hadisələrlə bağlı olub. Dördpendirli pizza

Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı ölkədə cərəyan edən proseslərdən narahatlığını dilə gətirib və yeni hökumətin tezliklə qurulmasının vacibliyini vurğulayıb. Türkiyə prezidenti Tokayevə ehtiyac olacağı təqdirdə, Türkiyənin təcrübə və texniki biliklərini Qazaxıstanla bölüşməyə hazır olduğunu bildirib.

Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyevlə söhbəti zamanı Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!