İlham Əliyev Viktor Yuşşenkonu qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Viktor Yuşşenkonu qəbul edib

Siyasət

04 Noyabr 2021 16:54 876


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb.

Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirilib. Toyuqlu pizza

Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!