İlham Əliyev Vladimir Putinə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Vladimir Putinə zəng etdi

Siyasət

14 Fevral 2023 22:55 1666


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub. Dominos pizza

Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!