Azərbaycan prezidenti İlham Əliyev ötən gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.
Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün İlham Əliyevin tapşırığına əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar. Dominos pizza
FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.
Telegram kanalımız