İlham Əliyevdən Dövlət Gömrük Komitəsi ilə bağlı   SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən Dövlət Gömrük Komitəsi ilə bağlı SƏRƏNCAM

Siyasət

06 May 2023 19:06 2094


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, qərara alınıb ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2018, № 11, maddə 2327; 2022, № 11, maddə 1331) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin: pizza

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!