İlham Əliyevdən islahat anonsu: “Bunun başqa yolu yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən islahat anonsu: “Bunun başqa yolu yoxdur”

İqtisadiyyat

11 May 2019 05:59 2301


“İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq”. 

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. O, bildirib ki, biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. “Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin”. 

İlham Əliyev bildirib ki, islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur. Prezident, xatırladıb ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb: “İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq. İcbari-tibbi sığorta Azərbaycanda pilot layihə kimi icra edilibdir və nəticələr həddindən artıq müsbətdir. Biz bəlkə də heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq. Bu, həm əhali, həm həkimlər tərəfindən, həm də bütün digər sahələrdə yüksək qiymətləndirilir. Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!