İlham Əliyevdən plastik qablarla bağlı sərəncam

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən plastik qablarla bağlı sərəncam

Rəsmi

08 Fevral 2019 00:13 1076


Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Sərəncamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat vermək tapşırılıb.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. pizza

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!