İlham Əliyevdən vacib SƏRƏNCAM - Bu şəxslərə 3000 AZN veriləcək

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən vacib SƏRƏNCAM - Bu şəxslərə 3000 AZN veriləcək

Siyasət

24 İyun 2023 16:55 19640


Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək. Pepperoni pizza

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!